Bu ölkədə 4G və fiber-optik internet istifadəçilərinin əksəriyyəti yaşayır

08-11-2018 / 17:40

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi “China Internet Development Report 2018” adlı illik tədqiqatını dərc edib.

Xeberler.az  bildirir ki, son məlumatlara əsasən, Çində 3,4 milyondan çox “4G” baza stansiyası quraşdırılıb və ölkədə dördüncü nəsil şəbəkəsinin istifadəçi bazası 1,11 milyard nəfər təşkil edir və artmağa davam edir.

Cari ilin ikinci rübündə ölkə ərazisində genişzolaqlı internetə orta giriş sürəti və “4G” şəbəkəsində sürət 20 Mbit/s-ni ötüb. Son ildə ölkədə internetə qoşulmanın sürətində 50%-lik artımı qeydə alınıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.