Bu ölkədə dilənçilər QR kod ilə pul toplayır

18-12-2017 / 13:00

Məlum olduğu kimi, dünyada mobil ödənişlər məşhurdur. Apple Pay və Android Pay kimi texnologiyaları mobil cihazlarla rəqəmsal ödənişləri daha asan və populyar edib.

Hətta Çində dilənçilər bu üsuldan istifadə edərək pul qazanır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Çində smartfon istifadəçiləri demək olar ki, hər yerdə mobil ödəniş edə bilir.

Belə ki, ölkədə dilənçilər də boyunlarındakı QR kodlar ilə rəqəmsal ianələr qəbul edir.

IBTimes ölkənin şərqindəki Şandong şəhərindəki dilənçilərin bu fəaliyyətini işıqlandırıb. Qeyd edib ki, turistlərin çox olduğu ərazilərdə dilənçilər pulu mobil ödənişlərlə qəbul edir.

Qeyd edilir ki, fiziki dəyişiklik olmadığı üçün dilənçilər bu yolla daha çox pul yığa bilər.

Xarici mediada iddia edilir ki, şirkətlər yoxsul insanlara dinlənmələri üçün ödəniş edir. Bununla da onların mobil ödəniş vasitəsilə topladıqları bütün pullardan komissiya alına bilir.

QR kodunu telefonuna oxudan bir dilənçi deyib ki, hər bir nəfərə görə 1 yuan qazanır.

İngiliz Mirror qəzetinin xəbərinə görə, keçən il ölkədə 112 milyard dollar mobil ödəmə həyata keçirilib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə