Bu parklarda da pulsuz Wi-Fi aktiv edildi

27-09-2017 / 16:12

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Baktelecom tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib.

Xeberler.az məlumat verir ki, Port Baku Residence və Port Baku Mall arasında yerləşən parkda da pulsuz internet xidməti istifadəyə verilib.

Qeyd edək ki, “İctimai İnternet” layihəsi üzrə pulsuz Wi-Fi xidmətindən istifadə edənlərin sayı 1 milyona yaxınlaşır.

“İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil omaqla Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər, Hüseyn Cavid və Dədə Qorqud, Səməd Vurğun parkı və Muğan bağlarını aktiv edilib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə