Bu proqram məlumatları oğurlayır-Xəbərdarlıq

27-05-2018 / 19:24

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “VPNFilter” təhlükəsi ilə bağlı xəbərdarlıq edir.

Xeberler.az bildirir ki, məlumatda deyilir ki, 54 ölkədə ən azı 500 min şəbəkə qurğusuna yoluxmuş ziyanverici proqram olan “VPNFilter” “Linksys”, “MikroTik”, “NETGEAR”, “QNAP NAS” və “TP-Link” marşrutlaşdırıcıları daxil olmaqla ev və kiçik ofislərdəki (SOHO) şəbəkə qurğularını hədəf alıb.

“VPNFilter” ziyanvericisi yoluxmuş qurğudakı məlumatları filtirləyərək fərdi məlumatların oğurlanmasına gətirib çıxara bilir.

Elektron Təhlükəsizlik Xidməti administratorlara və təsirə məruz qalan cihazların sahiblərinə qurğuları ilkin parametrlərinə qaytarmağı (factory reset) və ən son proqram yeniləmələrini endirib tənzimləməyi, istifadə edilmədikdə cihazdakı uzaqdan idarə üçün giriş funksiyasını (remote administrative access) söndürməyi tövsiyə edir.

ETX eyni zamanda diqqətə çatdırır ki, şəbəkə qurğularının proqram təminatını (firmwire) yeniləmək üçün cihaz istehsalçılarının veb saytına müraciət edilməlidir:

-Linksys

-MikroTik 

-NETGEAR

-QNAP 

-TP-Link 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.