“Bu proqramda iştirak investor və yeni əlaqələr qazandıracaq”- Müsahibə

21-11-2016 / 14:47

Məlumat verdiyimiz kimi, hər il ABŞ Dövlət Departamenti və AAAS ( Amerika Elmə Dəstək Assosiasiyası) tərəfindən Elm və Texnologiyada Qlobal İnnovasiya Təşəbbüsü  (GİST) keçirilir.

Belə ki, GİST çərçivəsində hər il ən yaxşı innovativ ideyaları seçilir və GES sammitində iştirak hüququ  qazanır.

Bir müddət də öncə bildirdiyimiz kimi, Azərbaycanı bu müsabiqədə HealthBox adlı innovativ layihə ilə Leyla Tağızadə təmsil edirdi.

Belə ki, HealthBox  layihəsi yarımfinala çıxmış 102 layihə arasında 30 ən çox səs yığan layihələr sırasında finala çıxdı.

Leyla Tağızadə ölkəmizi təmsil etmək üçün 20-24 iyun tarixlərində ABŞ-ın Kaliforniya ştatında, dünyanın İT mərkəzi hesab edilən Silikon Vadisində keçirilən  qlobal sammitə qatılıb.

Qeyd edək ki, bu il sammit dünyanın ən məşhur universitetlərindən hesab edilən Stanford-da baş tutub.

Məlumatımıza görə, Leyla Tağızadə bu yaxınlarda məşhur Founder Institute-da (Fİ)  startap akseleratorunda 4 aylıq ödənişsiz təhsil hüquqi qazanıb.

Bu barədə Leyla xanımla ətraflı söhbət etdik.

Müsahibəni təqdim edirik:

 -Leyla xanım, Founder Institute-da erkən startap akseleratorunun Female Founder Fellowship təqaüdünü  qazanıbsınız.  Yəqin ki, oxucularmızdan da buraya müraciət etmək istəyənlər olacaq. Müraciət prosesi və qəbul şərtləri barədə məlumat verərdiniz zəhmət olmasa.

-Founder İnstitute-dakı  erkən startap akseleratoru il boyu müraciət  ərizələri qəbul edir. Müraciət edənlərin yalnız 1\3 –i  qəbul olunur. Onların da 5%-ni Female Founder Fellowship təqaüdü ilə mükafatlandırılır. Təqaüd xanımlar ücün nəzərdə tutulub. Təqaüdə bütün müraciət edən və Fİ-nun təhsil haqqını ödəyən xanımlar müraciət edə bilər.Müraciət etmək ücün Fİ veb-səhifəsindən xüsusi 2 saatlıq onlayn imtahan vermək lazımdır. İmtahan veriləndən sonra yarımfinal keçib –keçməməyiniz haqda xəbərnamə göndərilir. Yarımfinal mərhələsində isə startapınıza aid suallara cavab vermək tələb olunur. Ondan sonra Fİ- na qəbul olub-olmadığınız handa mail  alırsınız. Bütün bunlardan sonra isə Fİ-nun 120 şəhərdə olan filialarının birinə sənədlərinizi onlayn göndərə bilərsiniz.

-Bu proqrama ilk dəfə idi müraciət edirdiniz? Necə oldu ki, sizi seçdilər?

-Bəli,  ilk müraciətim idi. Əslində bu  proqrama Qlobal Sahibkarlıq Sammitinə və orda keçirilən GİST-İ Tech müsabiqəsinə getməzdən qabaq müraciət etmişdim. Fİ GİST-İ  Tech müsabiqəsinin əsas təfərdaşlarından biridir. GİST-İ  Tech-in finalçısı olmağım  bu müsabiqəyə seçilməyimdə müsbət rol oynadı. Yayda Silikon Vadisi semestrinə müraciət etdim, amma müəyyən səbəblərə görə orda qala bilmədim.

-Ümumiyyətlə, Founder Institute-nun bu təşəbbüsü nəyə xidmət edir?

-ABŞ-ın qabaqcıl akselarotoru Founder Institute-nun əsas təşəbbüsü Silikon Vadisinin qloballaşmasına xidmət edir. Dediyim kimi ,120 şəhərdə filialı olan akselerator bütün yer üzərindəki perspektivli startaplar ücün xüsusi akselerasiya proqramı təklif edir. Fİ bitirdikdən sonra hər bir məzun öz şirkətinin aksiyalarının 3.5%-ni Fİ-na verir. Fİ hər bir məzun şirkətin 3.5 % hissəsinə sahib olur. Gələcəkdə əgər şirkət 100 min dollardan çox yatırım alarsa,  Bunus Hovuzuna 4500 yatırım etməli olur. Yəni,  gələcəkdə olan gəlirlərin 3.5% Fİ-na  köçürülür.  Bonus Hovuzuna edilən yatırmların 40%-i  Fİ-d yerli direktorlar və iş ortaqlarına, 30%  mentorlara, 30% -i  isə məzunun özünə verilir.

-Akselerasiya proqramı nə qədər davam edəcək?

- 4 ay

-Dərslər harada keçiriləcək?. Proqramla artıq tanış olubsunuz?

-  Proqram adətən Fİ-na tərəfdaş cıxan universitlərin texniki düşərgələrində həyata kecirilir. Proqram  Fİ-nin təsiscisi və CEO- su olan Adeo Ressi və  40-a yaxın mentorlar tərəfindən təqdim edilir. Mövzular ilkin təqdimatdan ( pitch) başlayır və proqramın sonunda hazır startap konsepsiyasını təqdim edilməsi ilə bitir. Konsepsiyasını təqdim edə bilməyənlər proqramdan kənarlaşdırılır. Necə deyərlər, Fİ-na daxil olmaq  bir dərd, oranı bitirə bilmək ikinci bir dərddir (gülür). Proqram elə cətindir ki,  bəzən daxil olanların bir qismi oranı bitirə bilmir.

Necə düşünürsünüz, bu proqramda iştirak sizə nə qazandıracaq?

-Bu, ilk növbədə bir təcrübədir. Tibdə idarəedicilik sahəsində 10  ilə yaxın təcrübəm olsa da, İT şirkətinin idarə edilməsinin özəlikləri başqadır.Məlumunuz olduğu kimi, səhiyyə sektoruna məxsus HealtBox startapımız var.  Sağlamlıqla əlaqədar İT startapını müvvəfəqiyyətlə inkişaf etdirmək ücün Fİ-nun təqdim etdiyi proqrama ehtiyac duydum. İkincisi,  Fİ-u geniş mentorlar və investorlar şəbəkəsinə yol açır. Startap sahəsində geniş əlaqələrin, çoxsaylı tanışlıqların olması   əsas məqamlardan biridir.

-Siz bu il Azərbaycanı GİST-də təmsil edən ilk xanım iştirakçı oldunuz. Deyə bilər ki, burada iştirak sizə belə şans qazandırdı?

-Bəli, yuxarıda qeyd etdiyim kimi, Fİ GİST-in əsas tərəfdaşlarındadır. Bu fakt əsas rol oynadı.

-Qeyd edibsiniz ki, təhsil haqqı tam ödənilir. Nə qədər idi ki, təhsil haqqı? Bəs orada qalıb, yaşamaq necə,  Siz bunları qəbul edib, çatdıra biləcəksiniz?

 

-Təhsil haqqı 1850 dollardır.  Lakin müxtəlif ölkələr üzrə dəyişə bilir. Məsələn, Silikon Vadisi semestrinin qiyməti 3 min dollardır. Elə ölkələr var ki,  orada təhsil haqqı 850 dollardır. Yaşamaq xərclərimə gəlincə isə o,  başqa bir səyahət qrantı hesabına ödənildi.

-Məlumatımıza görə, ailəlisiniz,  övladlarınız da  var. Allah saxlasın. Maraqlıdır ki, bu qədər işi necə çatırırsınız? Xanım olaraq bunlar sizə çətin gəlmir? Sizi nə motivasiya edir?

-Tənbəllik etməsən, hər şeyi catdırmaq olar (gülür). Bundan əlavə, elə övlad sahibi olmaq özünə qarşı daha tələbkar olmağa  motivasiya edir. Ana  övladları ücün uğurlu nümunə olmalıdır, xüsusən də qız övladları ücün…Elə bu məqamda fürsətdən istifadə edib bəylərimizə mesaj çatdırmaq istərdim ki,  əgər övladlarınızın uğurlu karyera qurmağını istəyirsinizsə, hec vaxt qadınlarınıza məhdudiyyətlər qoymayın. Sağlam ailədə ata və ana övladlar ücün bir modeldir, uşaqlar bu modeli  gələcək həyatlarının qurulmasında süuraltı olaraq standart kimi qəbul edir.

-Leyla xanım, Azərbaycanın səhiyyə sektoruna daha hansı innovativ yenilikləri, xidmətləri gətirməyə hazırlaşırsınız?

- Əslində bu sahədə yeni innovativ xidmətlərə çox ehtiyac var. İdeyalar da çoxdur, tələbat da yüksəkdir. Əgər bu sahə   uyğun strukturların əməkdaşlığa marağı olsa, dəstək göstərsələr, çox faydalı işlər görmək olar. Açığı, hələlik bu marağı görmürəm . Mən dəfələrlə çıxışlarda, görüşlərdə qeyd etmişəm ki, startapların imkanıdan istifadə edərək, bir cox e-səhiyyə proqramlarını büdcədən kənar maliyyə hesabına reallaşdırmaq olar. Bunun üçün isə təbii ki, rəsmi dəstək olmalıdır.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.