Bu qurumlar bank sektorunu kibertəhlükələrdən qoruyacaq

18-12-2017 / 11:23

Azərbaycanın bank sektorunda  kibertəhlükəsizlik, kibercinayətkarlıq halların qarşısının alınması,  İnformasiya Texnologiyaları təhlükəsizliyin təmin edilməsi və maliyyə sektorunun əməkdaşlarının  İT  təhlükəsizliyi sahəsində bilik səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndilirməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi  arasında Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az bildirir ki, memorandumu Palatanın  Baş icraçı direktoru İbrahim Alışov və Agentliyin rəis müavini Azər Əhədov imzalayıb.

Palatanın Baş icraçı direktoru İ. Alışov əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş fəaliyyət planını açıqlayıb:

“Agentlik tərəfindən İT təhlükəsizliyi sahəsində Palataya texniki dəstəyin göstərilməsi, daxili informasiya təhlükəsizliyi siyasətinin (qaydalarının) formalaşdırılması, eləcə də e-poçt təhlükəsizliyin təmin edilməsi, bank hesabları ilə əməliyyatlarda trafikin qorunması və CSRF (Cross-Site Request Foregery) təhlükəsizliyi, proqram təminatında kənar resurslardan hazır kodların çağırılması və kənar kodların istifadəsinin yaratdığı təhlükələrin aradan qaldırılması, İT təhlükəsizliyinin təmin olunması üzrə təlimlərin keçirilməsi istiqamətlərində əməkdaşlıq nəzərdə tutulur ”.

İ. Alışov qeyd edib ki, sadalanan istiqamətlər üzrə birgə əməkdaşlıq sayəsində maliyyə bazarlarının iştirakçıları yarana biləcək təhlükələrdən daim mühafizə olunacaq, bunun da nəticəsində vətəndaşlar təhlükəsiz maliyyə xidmətlərindən faydalana biləcəklər.

Palata ilə əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirən A. Əhədov bildirib ki, bu əməkdaşlıq Palataya, onun nəzarət subyektlərinin hər birinə faydalı olacaq. Qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirməklə və bu sahədə uzun illər ərzində əldə edilən təcrübəni bölüşməklə qlobal və regional kibertəhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etmək mümkün olacaq.

A. Əhədovun sözlərinə görə, Memorandum çərçivəsində Palata və onun nəzarət subyektləri Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin xüsusi interaktiv xidmət portalına qoşulmaqla informasiya təhlükəsizliyi sahəsində müvafiq istiqamətlər üzrə tələb olunan vacib məlumatları əldə edəcək, təhlükələr barədə xəbərdar olunacaq, informasiya təhlükəsizliyi kitabxanasından faydalanacaq, baş verən insidentlərin və ya şübhəli zərərverici yoluxmalarının analizi istiqamətində yardım alacaq.

 Memorandum çərçivəsində Palata və onun nəzarət subyektləri həmçinin dövlət orqanları üçün hazırlanan və pulsuz paylanan “İnformasiya Təhlükəsizliyi” jurnalına abunə xidmətindən yararlana biləcəklər.

Bundan əlavə, Agentlik tərəfindən digər dövlət orqanlarına göstərilən təhlükəsiz İnternet, DNS, Hosting, E-poçt, həmçinin istifadəçilərin təhlükəsizliyi üçün antivirus həlləri kimi xidmətlər Palata və onun  nəzarət strukturlarına təklif ediləcək.

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.