Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018 / 11:57

Əmlak Məsələləri Dövlət Komitəsi elektron və onlayn xidmətləri vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci il ərzində 180 mindən çox müraciət daxil olub və cavablandırılıb.

Bu barədə Xeberler.az-a Komitədən məlumat verilib.

Qeyd edilib ki,  ümumilikdə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 650 minə yaxın elektron xidmət göstərilib.

Ötən il ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətdən istifadə sayı 26 minə yaxın olmuşdur. Ümumilikdə isə, bu rəqəm 130 minə yaxındır.

Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlıdır. Bu xidmətlərdən istifadə sayı ötən il ərzində 25 min, bütövlükdə isə 110 minə yaxındır. 2017-ci il ərzində komitənin göstərdiyi elektron xidmətlərdən istifadənin böyük hissəsi - 150 mini daşınmaz əmlakın yüklülüyünə dair arayışların alınmasına aiddir.

Dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə ümumilikdə 18 minə yaxın müraciət qəbul edilib. Bu elektron xidmətlərdən ən çox istifadə ediləni dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbuludur.

Komitə ötən il də ənənəsinə sadiq qalaraq 5 yeni elektron xidməti vətəndaşların istifadəsinə verib. 

Qeyd edək ki, hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 37 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Komitənin təqdim etdiyi elektron xidmətlərdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-i isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 8-i isə informativ xidmətlərdir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.

Mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqını və müraciətin icra vəziyyətini, habelə dövlət əmlakının icarə haqqı borcunu öyrənmək mümkündür.

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.