Bu şirkət pulla sosial şəbəkələrdə dost tapır

12-10-2009 / 09:45

uSocial adlı bir şirkət Facebook və Twitter-də dostu olmayanlara pul qarşılığında dost tapır. Facebook və Twitter kimi sosial şəbəkələrdə dostun çoxluğu ilə öyünürlər. uSocial adlı bir şirkət isə bundan öz mənfəəti üçün istifadə edir. uSocial Twitter və Facebookda dost satır.

 Facebookda 1000 dənə yeni dost istəyənlər uSociala 177 $ ödəyir və bir həftədə 1000 dənə yeni dost qazanır. 5000 ədəd Facebook dostunun qiyməti isə 654 $-dır. Sayt həm də Twitter-də də təqibçi satır. Bir həftə ərzində 1000 yeni təqibçi qazanmağın qiyməti isə 87 $-dır. Əgər 100 min təqibçi istəyənlərsə, 3480 $ ödədikdən sonra bir il ərzində buna sahib ola biləcəklər.

 Şirkətlər üçün Facebook və Twitter-də çoxlu dost o deməkdir ki, reklamlar və xəbərlər geniş auditoriyaya çatdırılır. Bəzi insanlar üçün də çoxlu dost qazanmaq məhz həmin anlama gəlir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə