Bu telefon öz sahibini izlənilməkdən mühafizə edir

05-03-2018 / 12:41

Kompüter təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış DarkMatter beynəlxalq təşkilatının mütəxəssisləri öz sahibini izlənilməkdən mühafizə edən smartfon hazırlayıblar.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bunun üçün hər hansı bir şəxslə məxfi söhbət zamanı qadcetin mikrofon və kamerasını söndürmək lazımdır.

Android əməliyyat sistemi ilə işləyən Katim smartfonu zənglərin, İnternet vasitəsilə göndərilən və qəbul edilən ismarıcların şifrələnməsini təmin edə bilir.

Qadcet mobil sənayenin ən böyük sərgisi olan Mobile World Congress-də nümayiş etdirilib.

Böyük şirkət və ya təşkilatlarda əhəmiyyətli danışıqlar aparılan zaman məlumat sızmasının qarşısının alınması üçün iştirakçılardan öz smartfonlarını başqa yerdə qoymaq tələb edilir.

Yeni smartfon bu kimi vəziyyətlərdə mühafizəni təmin edə bilər. Bunun üçün smartfonun yan panelində yerləşən düyməni basmaq lazımdır ki, onun mikrofon və kamerası avtomatik olaraq sönsün.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə