Bu tətbiq WhatsApp-da kiminlə danışdığınızı göstərir

30-03-2018 / 14:07

Chatwatch adlı yeni bir proqram dostlarınızın WhatsApp-da kimlə söhbət etdiyini görməyə imkanı yaradır.

Xeberler.az bildirir ki, proqram WhatsApp-ın istifadəçilərin onlayn və ya oflayn olduğunu göstərmək funksiyasından istifadə edir.

Belə ki, yeni proqramla dostunuzun WhatsApp-a hansı saatlarda daxil olduğunu, kimlərlə söhbət etdiyini, hətta yatdığı vaxtı belə təxmin edə bilir.

İstifadəçilər "son görüldü" funksiyanı söndürsələr də, Chatwatch tətbiqi ətraflı hesablama və məlumatları 24 saat daxilində toplaya bilir.

Onu da bildirək ki, tətbiq Apple tərəfindən App Store-da qadağan edilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə