Bugünkü kibertəhlükəsizlik ilə bağlı konfrans başa çatdı

13-04-2015 / 17:35

Bakıda “İnformasiya əsrində milli təhlükəsizlik: İnformasiya Kommunikasiya Texnologiyalarına əsaslanan təhlükəsizlik mülahizələri” adlı beynəlxalq konfrans keçirilib.

Xəbərlər-in məlumatına görə, konfransın bugünkü son paneli Xarici İşlər Nazirliyinin kibertəhlükəsizlik üzrə əməkdaşı Kamilə Mustafayevanın moderatorluğu ilə aparılıb.

Paneldə Uti CertSign şirkətinin direktoru Adrian Florea kibertəhlükəsizlik və kütləvi tədbirlər, kiber qəza hallarına reaksiya mövzusunda çıxış edib.

Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəhbəri Tural Məmmədov isə “Bakı Avropa Oyunları 2015”, həmçinin e-poçt saxtakarlığı, mətbuat xakerliyi və məlumat bazalarının təhlükəsizliyinə məsuliyyət mövzusunda maraqlı çıxış edərək, konfrans iştirakçıları ilə təcrübələrini bölüşüb.

Konfransda Azərbaycandakı 30 dövlət və özəl təşkilatlardan 80-dən çox nümayəndə, o cümlədən kibertəhlükəsizlik üzrə beynəlxalq ekspertlər iştirak edib.

Xatırladaq ki, tədbir ATƏT-in layihə əlaqələndiricisinin Azərbaycanda kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə həyata keçirdiyi layihənin bir hissəsidir. 

Konfrans  sabah da işini  davam etdirəcək. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.