Bulud texnologiyasının e-təhsildə tətbiqi müzakirə edilib

10-11-2016 / 13:18

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 10 saylı şöbənin bulud texnologiyalarının elektron təhsildə tətbiqi məsələlərinə həsr olunmuş elmi seminarı keçirilib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, şöbənin əməkdaşları Gülarə Məmmədova və Esmira Ələsgərovanınhəmmüəllif olduğu məruzəni G.Məmmədova təqdim edib.

O, bildirib ki, bulud texnologiyaları istifadəçilərin lokal mövqelərində hər hansı bir proses, proqram, verilənlərin daxil edilməsi və ya servis infrastrukturuna ehtiyac olmadan xidmətin təmin olunmasını əhatə edən informasiya xidmətidir.

Bu texnologiyaların üstünlüklərindən danışan məruzəçi qeyd edib ki, sənədlər buludda saxlanıldıqda istifadəçilər istənilən zaman və yerdə bu sənədlərdən istifadə etmək imkanına malikdirlər.

O, həmçinin Standartlar və Texnologiyalar Milli İnstitutunun (National Institute of Standards and Technology) standartları haqqında məlumat verərək bu standartlara əsasən buludların tələb üzrə özünəxidmət, geniş şəbəkə kanalı, resurs qovşaqlarının dəstəyi, tez miqyaslanma, elastiklik, servislərin istifadəsinin ölçmə imkanı və digər xüsusiyyətlərini diqqətə çatdırıb.

G.Məmmədova bulud texnologiyalarının tədris prossesində tətbiqinin elektron tədris resurslarının yaradılması, tədrisin fərdiləşməsi, müəllimlər arasında təcrübə mübadiləsinin aparılması, interaktivlik, sənədlər üzərində birgə iş və s. imkanlar yaratdığını söyləyib.

Məruzəçi təhsildə bulud hesablamalarının ehtiyat surətçıxarma, saxlama, əlyetərlik, əməkdaşlıq, resurslara və vaxta qənaət kimi üstünlüklər təqdim etdiyini vurğuladı. Həmçinin sənədlərin buludda saxlanılması və paylanması üsulları haqqında ətraflı məlumat verib.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.