C Sharp dili niyə sevilmir?

02-09-2016 / 10:46

C# dili Microsoft şirkətinin sahibi Bill Gates tərəfindən 2000-ci ildə Anders Hejlsberg-nin komandasına hazırlatdırdığı bir proqramlaşdırma dilidir.

C# dili Java, C, C++, Python kimi portativ dillərdən fərqli olaraq, yanlız .NET Framework olan əməliyyat sistemlərində, yəni,  yanlız Windows ƏS-də istifadə oluna bilir. Kimisi bunu bir  fərq, kimisi bunu əskiklik kimi görə bilər. Ancaq reallıqları nəzərə alaraq düşünsək, yekunda real nəticəyə gələ bilərik. Dünyada təqribən 3 milyard kompüter olduğu deyilir və bunların 70% isə Windows ƏS-i üzərində işləyir. Düşünsək ki, biz bir proqram hazırlamaq istəyirik və proqramı təklif edəcəyimiz istifadəçi kütləsinin çox böyük bir qismi Windows istifadəçisidir/ Onda həmin proqramı C# yoxsa başqa dildə yazmağımızı düşünməyə belə gərək qalmır. Windows-da istifadə olunacaq bir proqramı isə C# dilindən üstün heç bir dil hazırlaya bilməz. Çünki C# dili kimi Windows üzərində manevr edə biləcək ikinci bir dil yoxdur.

TIOBE proqramlaşdırma dillərinin 2016, avqust ayı üçün reytinqini açıqlayıb. Reytinqdə ilk 5-liyi Java, C, C++, C#, Python dilləri tutub. Reytinq cədvəlini Quora-da xeyli proqramçı analiz edib.

Analizləri oxusanız, C# dilini Javadan aşağıda tutan səbəbin təkcə portativ dil olmadığını görəcəksiniz. Yəni, C# dilində yazılan proqramlar bütün ƏS-lərində çalışarsa, bu reytinq cədvəlində C# Java-nı keçə bilməyəcəyini heç kim deyə bilməz. Dost, tanış, yoldaşlarınız içərisində “4ever Java” deyib Windows istifadə edənləri qınayan kütlə var. Ancaq onlar Java dilini Windows’da Netbeans üzərində istifadə edirlər.

 Məqsədim, Java-nı “pis”  və yaxud  C#-ı “yaxşı” dil kimi tanıtmaq deyil. Məqsədim,  proqramlaşdırma dilinə yox, alqoritmik məntiqinizi müqayisə etməyə yönəltməkdir. Lazım gələrsə, Windows üzərində istifadə olunacaq proqramı Java, C kimi dillərdə yazacaqsınız. Yəni, dil bir vasitədir sizə. Qarşınıza qoyulmuş məsələyə görə ən uyğun dili seçəcəksiniz. Hətta reytinq cədvəl(lər)inə baxımından…

Belə düşünün ki, siz A məntəqəsindən B məntəqəsinə getməlisiniz. Sizi ünvana çatdıracaq nəqliyyat vasitəsi dil, sizin həmin nəqliyyat vasitəsi ilə gedəcəyiniz yol isə alqoritmdir. Yol nə qədər qısa(optimal) olarsa, nəqliyyat vasitəsinin önəmi o qədər də vacib olmaz. Mən C dilini bilirdim. C++ öyrənəndə çox asanlıqla öyrəndim. C və C++ dillərini bilirəm. C#, Java, PHP öyrənəndə çox asanlıqla öyrəndim. Bildiyim dillər sayəsində digər dilləri asanlıqla öyrəndim. Çünki, dildən çox alqoritmə önəm verirəm. Demək istədiyim, dil yox, alqoritmik düşüncə gücünüzü inkişaf etdirin.

Bir sözlə, başlayın öyrənməyə. Nəyi öyrənim deyirsinizsə, proqramlaşdırmanı, alqoritmi. C#, Java, C, C++, Pascal hansı dil olur , olsun. Sən bir dili yaxşı bilirsənsə, digər dilləri öyrənmən çox-çox asan olacaq. Və əsla “bu dil pisdir” fikrini qəbul etmə.

 

Nahid Camallı, proqramçı

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.