Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

11-03-2015 / 19:14

Fevral ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə daxil olan 17978 zəngdən canlı əlaqə zamanı 17761 müraciət cavablandırılıb.

Bu barədə Xəbərlər.az-a nazirliyin analitik-informasiya şöbəsindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, sorğuların da 52,5%-i Vergi Məcəlləsi (vergi nəzarəti tədbirləri, şəxsi hesab vərəqəsi, vergi orqanlarının fəaliyyəti, vergilərin ödənilməsinin ümumi müddəaları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri, vergi agenti və s.), 17,7%-i Vergilər Nazirliyinin səlahiyyətlərində olan, lakin Vergi Məcəlləsi ilə tənzimlənməyən məsələlər (elektron xidmətlərin proqram təminatları, mesajların mətni, arayışlar, elektron imza, asan imza, əmək müqavilələri, işə qəbul və s.), 13,2%-i gəlir vergisinin, 7,3%-i əlavə dəyər vergisinin, 3,4%-i sadələşdirilmiş verginin hesablanması,  ödənilməsi və  bəyannamənin təqdim edilməsi, qalanları digər məsələlər barədə olub.

Hesabat dövründə vergi ödəyiciləri 2269 dəfə vergi borcu, 1092 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə ediblər.

Vergi ödəyicilərinə 37606, o cümlədən 35972  qısa, 1634 ikitərəfli mesaj xidməti göstərilib.

Fevral ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 376919 daxilolma qeydə alınıb.

Xəbərlər.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.