Çağrı Mərkəzinin yeni platformada fəaliyyətinin 1 ili tamam olur

15-09-2015 / 16:26

Bu gün “Elektron Hökumət” portalının Operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyyinin Məlumat Hesablama Mərkəzinin 157 Zəng Mərkəzinin yeni platformada fəaliyyətinin bir ili tamam olur.

Xeberler.az-ın məlumatına görə, görülən işlərin keyfiyyətinin artırılması, daxil olan müraciətlər əsasında mövcud problemlərin operativ şəkildə öyrənilərək aradan qaldırılması üçün nəzərdə  tutulan  mərkəz "Elektron Hökumət" portalında olan xidmətlər, elektron imza,  portal  üzərindən vətəndaşlara təqdim olunan onlayn konsultasiya xidməti, azdatacom internet provayderi, internet, easypay və apus sistemi vasitəsilə ödəmələr, poçt şöbələrində aparılan ödənişlər və sair barədə vətəndaşların  müraciətlərini qəbul edir.

157 Zəng Mərkəzindən istifadə etməklə  vətəndaşlar  mərkəzə getmədən e-poçt və ya telefon vasitəsilə qeyd edilən xidmət növləri, tələb edilən sənədlər və sair barədə məlumat ala,  mərkəzin fəaliyyəti ilə bağlı öz təkliflərini göndərə bilərlər.

Stasionar telefonlardan birbaşa 157 nömrəsinə edilən zənglər və aparılan danışıqlar, habelə Çağrı mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı mərkəzinə zəng edən vətəndaş səsli menyu vasitəsilə aşağıda qeyd edilən xidmət növlərindən ona lazım olanını seçib, təqdim olunan məlumatı dinləyə və ya əlavə sullarla bağlı operatora bağlana bilər.

Məlumat verdiyimiz kimi, ötən ilin sentyabrında mərkəz yenidən rekonstruksiya edildi və yeni proqram təminatı ilə təchiz olunub. Həmçinin,  operatorlar arasında yenidən ixtisaslaşma aparıldı və texniki sualların cavablandlırılması üçün peşəkar mütəxəssislər seçildi. Bu isə mərkəzin işinin daha da professionallaşmasına təkan verdi.

Son bir ilin  statistikasına görə 157 zəng mərkəzinə daxil olmuş zənglərin sayı 84677–dir. Cəmi 4 aydır istifadəyə verilən onlayn konsultasiyaya olan müraciətlərin sayı isə 11144-dən artıqdır. Bundan başqa cağrı mərkəzinin  info@e-gov.az elektron poçtuna yazılmış 25000-ə qədər, skype vasitəsilə isə 4000 müraciətə cavab verilib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.