CavanNar bütün gəncləri Roller və Skeytbordinq üzrə çempionata dəvət edir!

23-11-2009 / 12:21

Noyabrın 22-də Dənizkənarı Milli Parkda Nar Mobile-ın baş sponsorluğu ilə skeytbording və roller idman növü üzrə Bakı Şəhər Turniri keçiriləcəkdir.

Həmin gün Dənizkənarı Milli Park həm peşəkar iştirakçıların, həm də ekstremal idman növlərinin həvəskarlarının toplaşdığı skeyt-parka çevriləcək.

Çempionat bir neçə istiqamətdə keçiriləcək: Fan Marafon, Speedskating və Aggressive Street (roller və skeyterlərin iştirak edəcəkləri yarış).Yarışın qalibləri NarMobile və CavanNar-dan qiymətli hədiyyələr ilə təltif olunacaqlar.

CavanNar bu çempionatda iştirak etmək üçün həm məktəbliləri, həm də tələbələri dəvət edir.Turnirin əsas məqsədi gənclərin asudə vaxtlarını aktiv və sağlam şəkildə keçirlmələrinə dəstək olmaqdır.
Çempionat zamanı yarışlardan əlavə, ölkənin ən yaxşı DJ, rok və rep qruplarının iştirakı, xüsusi ilə gənclər üçün hazırlanmış CavanNar tarif planının üstünlüklərinin təqdimatı  ilə möhtəşəm şou keçiriləcəkdir.

Yarış Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Roller Klubu və Nar-Mobile-ın baş sponsurluğu ilə təşkil olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə