CD-DVD bazarının pirat problemi

21-10-2009 / 11:03

Hazırda Azərbaycanda CD-DVD bazarında 75-78 faiz, kitab bazarında 45-50 faiz, kompüter proqramları bazarında 88-89 faiz pirat məhsullar var.

Xeberler.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov məlumat verib. O bildirib ki, son zamanlar görülmüş tədbirlər nəticəsində piratçılığın səviyyəsi 2 faiz aşağı düşüb: “Xüsusi nəzarət holoqramları tətbiq olunduqdan, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun qəbul edildikdən, Əqli Mülkiyyət Mərkəzi yaradıldıqdan sonra piratçılığın səviyyəsini 15 faiz aşağı salmaq mümkün olacaq.

Bunlarla yanaşı, müvafiq məcəllələrə dəyişiklik edilməli, cərimələrin məbləği artırılmalı, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması ilə bağlı seminarlar və maarifləndirici tədbirlər keçirilməlidir”.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.