Cərimə və rüsumların ödənişi ilə bağlı yeni qayda

12-02-2015 / 13:05

Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” elektron xidmətinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, e-xidmət vasitəsilə istifadəçilər rüsum və cərimələrin ödənişini heç yerə getmədən, vaxt itirmədən onlayn qaydada həyata keçirə bilərlər. Sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur. Xidmətdən qeydiyyatdan keçmədən yararlanmaq mümkündür.

 Qeyd edək ki, hazırda “Elektron hökumət” portalında Daxili İşlər Nazirliyinin “Rüsum və cərimələrin ödənişi” xidməti ilə yanaşı,  “FİN-ə görə fərdi məlumatların axtarışı” və “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar”  e-xidmətləri göstərilir. Yanvar ayının elektron xidmətlərdən istifadə statistikasına əsasən, nazirlik ən çox müraciət olunan qurumlar arasında 6-cı pillədədir.(Sİa)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.