CERT daha bir təhlükəsizlik xidmətini istifadəyə verdi

01-05-2015 / 13:35

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT)  internet istifadəçilərinə daha öncə təqdim etdiyi 6 yeni xidmətdən başqa  növbəti yeni xidmətini təqdim edib.

Mərkəzdən Xəbərlər-ə verilən məlumata görə, yeni təqdim olunmuş Yoluxmuş İP Xidməti Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin aşkar etdiyi o cümlədən bir çox araşdırma mərkəzlərindən alınan  və birləşdirirək vahid yoluxmuş ip bazasına çevirilən  məlumat axtarış sistemidir.

Qeyd edilib ki,  xidmət vasitəsi ilə istifadədəki İP ünvanın yoluxmuş İP bazasında olub olmaması barədə avtomatik məlumat veriləcək. Belə ki, istifadəçilər sayta daxil olan anda əgər onların İP ünvanı  yoluxmuş İP bazasında varsa bu haqda ekranında bildiriş görəcəklər.  Bildirişin üzərində ətraflı məlumat hissəsinə keçidindən istifadə edərək yoluxduğunuz zərərvericinin (malware) aktivlik göstərdiyi və sandbox tərəfindən müəyyən edildiyi zamanı (timestamp) "loq" şəklində əldə edə biləcəklər.

Yoluxmuş İP bazası yalnız Azərbaycana aid İP ünvanları özündə əks etdirir və xidmətdən yalnız Azərbaycandakı internet istifadəçiləri yararlana bilər.

Dinamik İP ünvan istifadəçisisinizsə o zaman yoluxma sizə aid olmaya bilər ki,  yoluxmanın sizə aid olmasını yoxlamaq üçün zərərvericinin (malware) aktivlik göstərdiyi və sandbox tərəfindən müəyyən edildiyi zamanı (timestamp) həmin İP ünvanın istifadənizdə olduğu zaman (timestamp) ilə qarşılaşdırmanız lazımdır. Yolxumanın aktivlik zamanı İP istifadəçisi siz olmamısınızsa yoluxma barədə müvafiq İnternet Providerə məlumat verməlisiniz.

 Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.