CERT-in saytı yeni dizaynda təqdim ediləcək

14-06-2017 / 17:06

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytı yeni dizaynda təqdim ediləcək.

Xeberler.az-ın məlumatına görə, qurumun yeni saytı sabah təqdim ediləcək.

CERT-dən verilən məlumata görə, saytda əsasən dizayn dəyişikliyi edilib. Belə ki, sayt istifadə üçün daha da rahat hala gətirilib. Yenilənmiş versiya bütün avadanlıqlar üçün uyğunlaşdırılıb.

Dövlət qurumlarının rəsmi saytları Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus serverdə yerləşir. Bu qurumların saytlarının təhlükəsizliyinə də XDMX-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (CERT) cavabdehdir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə