CERT yeni xidmət təqdim edib

19-05-2016 / 12:00

Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi dövlət qurumları üçün Elektron Sorğu Sisteminə bağlı yeni xidməti olan – İnformasiya Təhlükəsizliyi Kitabxanasını təqdim edib.

Qurumdan Xeberler.az-a verilən məlumata görə,  İnformasiya Təhlükəsizliyi Kitabxanası hazırda 7 əsas bölmədən ibarətdir:

-Xidmətlər - FAQ – Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin dövlət qurumlarına göstərdiyi mail xidməti, hosting xidməti, DNS xidməti, elektron sorğu sistemi və digər xidmətlər üzrə ən çox yaranan sual və məsələlərin izahı bu bölmədə izah olunacaq.

-Təhlükəsizlik – İnformasiya təhlükəsizliyinə aid məlumatlar, sazlamalar, qorunma vasitə və metodları o cümlədən qaydalar, standartlar və tələblər bu bölmədə toplanacaq.

-Məlumatlar/Xəbərdarlıqlar – İnformasiya təhlükəsizliyi sahəsində baş verən yeniliklər, dəyişikliklər o cümlədən boşluqlar və xəbərdarlıqlar barədə məlumatlar bu bölmədə toplanacaq

-Tədqiqatlar – Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin informasiya təhlükəsizliyi sahəsində apardığı tədqiqatlar bu bölmədə toplanacaq

-Hüquqi Baza – İnformasiya təhlükəsizliyinə aid qanunvericilikdə nəzərdə tutulan bütün müddəalar bu bölmədə toplanacaq

-İnformasiya Təhlükəsizliyi Jurnalı – İnformasiya Təhlükəsizliyi Jurnalının bütün buraxılışlarının online nüsxəsi bu bölmədə toplanacaq

-Alətlər – KİMM mütəxəssislərinin və digər vendorların informasiya təhlükəsizliyi, proqramlama, rəqamsal tədqiqat və bu kimi digər sahələrdə yaratdığı alət və tətbiqlər bu bölmədə toplanacaq

Məlumatda qeyd edilib ki, İnformasiya Təhlükəsizlik Kitabxanasına (FAQ) yalnız AZSTATENET şəbəkəsina qoşulmuş və Elektron Sorğu Sistemindən qeydiyyatdan keçmiş dövlət qurumları üçün açıqdır.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.