Ceyhun Əliyev: Yevlaxdakı ehtiyyat DATA-mərkəz iyulda təhvil veriləcək

12-03-2019 / 11:52

Yevlaxda yerləşən ehtiyyat DATA-mərkəz iyul ayında təhvil veriləcək.

Xeberler.az  bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzLnTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev deyib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Tier 3” sertifikatlı DATA-mərkəzi Bakıda yerləşir. Lakin Yevlaxda ehtiyyat DATA-mərkəzdə inşa olunur. Elə təşkilatlar var ki, onların IT mərkəzləri olmadığı üçün onların məlumatları DATA-mərkəzdə qorunur. Biz müştərilərimizə Bakıdan 300 kilometr məsafədə, Yevlaxda yerləşən ehtiyyat DATA-mərkəzin xidmətlərini təklif edirik. Bu DATA-mərkəzin bu ilin iyulunda təhvil verilməsi gözlənilir. Ehtiyyat DATA-mərkəzdə məlumatlar əsas DATA-mərkəzdə olduğu kimi qorunur və hər hansı fövqəladə hal, fəlakət zamanı itkilərin qarşısını almağa şərait yaradır”, - deyə C.Əliyev əlavə edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.