Chrome ilə işləyən ilk planşet hazırlanıb

29-01-2018 / 12:09

Londonda keçirilən BETT 2018 təhsil və texnologiya sərgisinin ziyarətçilərindən biri əvvəllər yalnız noutbuklara quraşdırılan Chrome əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk planşetin təsvirini dərc edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, yeni planşetlə bağlı heç bir məlumat verilməyib. ChromeUnboxed nəşri yazır ki, planşetin ekranının ölçüsü təxminən 8-10 düym təşkil edir.

Həmçinin qurğu “Staedtler” stilusunun köməyilə daxiletməni dəstəkləyir.

Google artıq 1 ildir ki, Chrome əməliyyat sisteminin planşetlər üçün uyğunlaşdırılması ilə məşğul olur. İlk modellərin Google I/O konfransında nümayiş etdiriləcəyi gözlənilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə