Chromebook Pixel 2 yaxında bazara çıxarılacaq

26-02-2015 / 12:26

Team Work 2015 fəaliyyəti daxilində danışan Google rəhbəri bir müddətdir gündəmdə olan Chromebook Pixel 2-nin yaxın zamanlarda bazara çıxarılacağını açıqlayıb.

Google tərəfindən inkişaf etdirilən Chrome OS əməliyyat sistemini istifadə edən və fayllarını bulud saxlama xidmətləri üzərində saxlayaraq aşağı xərcli dizaynlara imkanı təmin edən chromebooklar-ı hər keçən gün istifadəçilər daha çox maraqla gözləyirlər.

Acer, Samsung, Lenovo və HP kimi şirkətlər tərəfindən istehsal olunan cihazlar sayəsində müxtəlifləşən Chromebook bazarına geri dönməyə hazırlaşan Google bir müddətdir gündəmdə olan Chromebook Pixel 2-nin çox yaxında bazara təqdim edəcəyini bildirib. Google rəhbərlərindən Renee Niemi Chromebook Pixel 2-nin yaxında bazara çıxarılacağını rəsmi olaraq açıqlayıb və yeni cihazın məhdud sayda olacağını da bildirib.

Chromebook Pixel 2-nin xüsusiyyətləri hələlik məlum olmasa da, yeni chromebook-un da 12.85 düymlük ekrana sahib olacağı deyilir. Tablet və laptop qarışığı olan Pixel 2-nin laptop rejimində Chrome OS-dən istifadə edərkən tablet rejimində Android əməliyyat sistemini istifadə edəcəyi bildirilir.

 

                                                                                            Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə