Cib kompüteri təqdim olundu

03-09-2015 / 14:36

Asus şirkəti cib kompüterini təqdim edib.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Asus VivoStick adlı cib kompüteri HDMI vasitəsilə monitor və televizora qoşulur. Kompüter Intel Cherry Trail prosessoru ilə, 2 GB əməli yaddaş və 32 GB daxili yaddaş ilə təchiz olunub. Bundan başqa, kompüter 2 ədəd USB port , audiokonnektor, Bluetooth 4.0 və Wi-Fi dəstəyinə malikdir.

Windows 10 əməliyyat sistemi ilə işləyən kompüterin çəkisi 70 qram, ölçüsü isə 13.8 x 3.4 x 1.5 sm-dir.

ABŞ-da satışa çıxarılacaq kompüter təxminən 129 dollar məbləğində olacaq.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə