Çin kriptovalyuta üzrə avqust ayı üçün rəsmi reytinqini açıqladı

21-08-2018 / 12:14

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi (CCID) kriptovalyuta üzrə avqust ayı üçün rəsmi reytinqini açıqladı.

Xeberler.az kriptoinvest.az-a istinadən məlumat verir ki, ilk beşlikdə yer alan kriptovalyutalar: Ethereum, Eos, Komodo, Nebulas, Neo. Bitcoin bu reytinqdə 10-cu yerə qoyulub. CCİD-in qiymətləndirmə metodologiyası və əsas seçim meyarları hələ də dəqiq məlum deyil lakin verilən açıqlamalara görə reytinqdə əsas kriteriya kimi texnologiya və onun tətbiqi meyarları nəzərə alınır.

Avqust ayı üzrə reytinqdə maraqlı məqam odur ki, bu dəfə Komodo kriptovalyutası keçən aya nisbətən 9-cu yerdən 3-cü yerə qədər yüksəlib. Ola bilsin ki, Çin ekspertləri Komodo-nu yüksək səviyyədə məxfiliyi və əməliyyat təhlükəsizliyi təmin edən Delayed Proof of Work (dPoW) protokolunda işləməsini yüksək qiymətləndiriblər. Komodo olduqca iddialı bir layihədir və tam hüquqlu ekosistem yaratmaq niyyətindədir.

Xatırladaq ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.