Çin şirkəti «BakuTel-2014» sərgisinə qoşulacaq

03-12-2014 / 09:28

Çinin GW Delight Technologies şirkəti Bakıda hər il keçirilən «BakuTel-2014» Beynalxalq İKT sərgisində mütəmadi olaraq iştirak edəcəkdir. Məlumat Xeberler.az saytına şirkətinin yerli tərəfdaşı, korporativ şəbəkə operatoru «Caspian Telecom» MMC-nin mətbuat xidmətindən verilib.

Çinin GW Delight Technologies şirkəti internet avadanlığlarının qabaqcıl təchizatçısıdır. Şirkət həm də FTTB və FTTH texnologiyaları əsasında optik şəbəkələrin qurulması ilə də məşqul olur.

GW Delight Technologies dünyanın müxtəlif ölkələrində xidmət göstərən beynəlxalq şirkətdir. Şirkət Azərbaycanda bir neçə ildir fəaliyyətə başlayıb. Caspian Telecom MMC-yə aid olan Ailə NET internet provayderinin də fiber optik şəbəkəsi GW Delight Technologies şirkətinin təqdim etdiyi avadanlıqlar əsasında qurulub.

GW Delight Technologies dəfələrlə öz seqmentində lider olan beynəlxalq sərgilərdə iştirak edib. BakuTel-2014 sərgisinə ilk dəfə qoşulacaq şirkət Azərbaycan bazarı üçün öz imkanlarını nümayiş etdirmək, hər bir partnyor üçün fərdi innovativ həllər təqdim etmək niyyətindədir. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə