Cinayətkarlar soyğunçuluq xidməti yaradıb

26-01-2017 / 16:10

Zərərverici proqram təminatının öyrənilməsi üzrə Xylit0l adı altında fəaliyyət göstərən müstəqil mütəxəssis Satan (İblis) İnternet-xidmətini aşkar edib.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, vbu xidmət kibercinayətkarlığa yeni başlayanlara kompüterləri viruslara yoluxdurmaq imkanı verir. Resursda qeydiyyatdan keçdikdən sonra proqramın şəxsi versiyasını yaratmaq mümkündür.

Çox sadə tərtibata malik Satan xidməti standart sxem üzrə işləyir — kibercinayətkarlığın qurbanı olan şəxsin fərdi kompüterində olan faylları şifrələyir, adların yerlərini dəyişir və onları .stn domeninə konversiya edir.

Bundan sonra, tələyə düşmüş istifadəçi ödəmə tələb edən mesaj alır. Öz-özünə öyrənmiş hakerlər gəlirlərinin 30%-i resurs administrasiyasının payına düşür.

Sistem bəzi antivirusların mühafizə sistemlərini sındırmağa imkan verən müxtəlif alət və alqoritmlərdən istifadə edir. Bundan başqa, platformanın istehsalçıları onu fəal şəkildə yeniləyirlər.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə