Çində mobil rabitə abunəçilərinin sayı 600 milyon nəfəri ötüb

25-07-2008 / 15:25
Çində mobil rabitə abunəçilərinin sayı 601 milyon nəfər təşkil edib. Cəmi, ilin əvvəlindən bu ölkədə mobil rabitə abunəçilərinin sayı 53,5 milyon nəfər artıb. İyun ayında mobil şəbəkəyə 8,63 milyon abunəçi qoşulub. Çinin və dünyanın ən iri mobil rabitə operatoru China Mobile–ın abunəçi bazası 414,6 milyon nəfərə çatıb, Lenta yazır. Üç il bundan əvvəl Çində 400 milyon abunəçi mobil rabitədən istifadə edirdi. 2007-ci ilin əvvəlində bu rəqəm 500 milyonadək artdı. Çinin ümumi əhali sayı 1,3 milyard insan təşkil edir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə