Çindən Microsofta rəqib

12-08-2009 / 13:57

Çində Evermore Software firması, Microsofta rəqib olmağa hazırlaşır. Bu firma Microsoft Office-yə daha çox bənzəyən, lakin daha ucuz olan bir proqram paketi təqdim edir. Həm də bu proqram paketinin online distributivini hazırlayaraq, Google Docs və Microsoft-un Office Web tətbiqləriylə də rəqabətə hazırlanır.

Evermore Software-nin baş köməkçisi Wang Yuanbing qeyd edib ki, “Hər kəs online office-nin necə olacağını araşdırır, hətta Microsoft da bununla maraqlanır”.

WebOffice böyük nisbətdə tamamlanmış vəziyyətdədir və son testləri reallaşdırılır. Bu paket çox maraqlı bir xüsusiyyətə sahib, IBM-in Lotus Notes kimi proqramlarına və başqa ofis proqramlarına da əlaqələnə bilir. Firma uzun müddətdir ki, Evermore Integrated Office adında Java əsaslı bir ofis proqramı təqdim edir. Bu ofis proqramı Microsoft Word, Excel və PowerPoint kimi proqramları tək bir pəncərədə, tək bir tətbiqdə birləşdirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə