CIPS beynəlxalq ödəniş sistemi istifadəyə verilib

08-10-2015 / 10:25

Oktyabrın 8-də Çində CIPS beynəlxalq ödənişlər sistemi rəsmən fəaliyyətə başlayıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Çin Dövlət Şurasının məlumatına görə, sistemin istifadəyə verilmə mərasimi Şanxayda keçirilib.

CIPS sisteminin fəaliyyətə başlaması yuanda transsərhəd hesablaşmalarının səmərəliyini artırmağa və Çin valyutasından beynəlxalq miqyasda istifadəni stimullaşdırmağa imkan verəcək, real iqtisadiyyatın dəstəyinin yaxşılaşdırılmasına və Çin şirkətlərinin dünya bazarlarına çıxışı strategiyasına böyük təsir göstərəcək”, - Çin Xalq Bankının sədr müavini Fan İfey bildirib.

CIPS beynəlxalq ödənişlər sistemi bazarın xarici iştirakçılarına Çin tərəfdaşları ilə hesablaşmaları birbaşa yuanda aparmağa imkan verəcək. Çin hökuməti sistemin köməyi ilə ölkə valyutasının beynəlxalq aləmdə nüfuzunu artırmağa ümid edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə