Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

24-06-2015 / 10:35

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar Parkında fəaliyyətə başlayan “Code Academy”-yə müraciətlər davam edir.

Xəbərlər-in verdiyi məlumata görə, İKT sektorundakı ehtiyaca uyğun real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən “Code Academy”-də (http://www.codeacademy.az/) iyunun 29-da ilk dərslər başlayacaq.

İyunun 29-da başlayacaq proqrama artıq 100-ə yaxın müraciət daxil olub. Qəbul seçimlədir. “Code Academy”-də 12 həftəlik (1 həftə onlayn + 10 həftə intensiv master-klaslar + 1 həftə karyera planlaşdırma) proqramla veb proqramlaşdırmanın əsas biliklərini öyrənərək siz də artıq öz layihənizi yaradacaqsınız.

Həmçinin proqram müddəti boyunca real layihələr üzərində çalışaraq əldə etdiyiniz bilikləri real iş şəraitində tətbiq edəcəksiniz.

Bütün bunlarla yanaşı, “Code Academy” sizin karyera planlaşdırmanıza kömək edəcək. Karyera qurmaq üçün proqram sonunda bir həftəlik master-klasla siz həm müsahibələrə hazırlaşacaq, həm də böyük şirkətlərlə görüşəcəksiniz.

Proqrama fundamental kompüter bilikləri və böyük həvəsi olan hər kəs müraciət edə bilər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə