“Çökən” sistemə 760 min manat xərclənib

11-05-2018 / 17:32

Məlumat verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemində problem yaşanıb.

Belə ki, mənzillərin onlayn satışı həyata keçirilib. Sistem isə bu satışın öhdəsindən gələ bilməyib. Saytda yüklənmələr olub və minlərlə insana alqı-satqı ilə bağlı bildirişlər gedib.

Qeyd edilən sistemlə bağlı maraqlı məqamlar ortaya çıxıb.

Belə ki, məlum olub ki, mənzillərin onlayn satışı günü “çökən” “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması üçün RİSK şirkətinə 260 min manat vəsait ayrılıb.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz məlumat paylaşıb.

Onun sözlərinə görə, “Güzəştli Mənzil ” informasiya ” sisteminin proqram təminatı üçün lisenziyaların və İT xidmətlərinin satın alınması üçün də MİDA bu şirkətə əlavə olaraq 500 min manat vəsait ayırıb:

“Düşünürəm ki, bu qədər vəsaitlə nəinki sistemin çökməsinin qarşısını almaq, hətta daha bir alternativini yaratmaq, alternativ kanallar əldə etmək, bir neçə səviyyəli “İT support” təmin etmək, nüfuzlu mütəxəssisləri, İT qurumları dəvət eməklə sistemin dayanıqlığını test etmək olardı.  Baş verənlər göstərir ki sistemin dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün atılan addımlar yetərli olmayıb”.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.