Daha 2 qurum portal üzərindən xidmət edəcək

26-01-2018 / 15:23

“Elektron hökumət” portalı ilə əməkdaşlıq sayəsində Bank Avrasiya və Molbulak bank olmayan kredit təşkilatı kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb.

Xeberler.az bildirir ki, adı çəkilən bank və kredit təşkilatı kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim edəcək.

Bu elektron xidmət vasitəsilə vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka, yaxud kredit təşkilatına ünvanlaya bilər.

Qeyd edək ki, hazırda "Elektron hökumət" portalının istifadəçiləri 18 adda arayışı "Elektron hökumət" portalına giriş olmaqla formalaşdırmaq və ötürmək imkanına sahibdir.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.