Daha bir elektron resursun təqdimatı keçirilib

08-10-2015 / 12:18

Oktyabrın 8-də Prezident Kitabxanasında “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana” adlı elektron resursun təqdimatı olub.

Xeberler.az bildirir ki, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək elektron resurs barədə məlumat verib. Bildirib ki, Prezident Kitabxanasının əməkdaşları türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlamış, bir qisminin isə elektron versiyalarını virtual məkandan toplayaraq bu resursu yaradıblar.

Direktor qeyd edib ki, bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.

Sonra elektron resurs təqdim olunub.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə