Daha bir neçə saytın bloklanması ilə bağlı məhkəmə olacaq

08-08-2018 / 12:25

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir neçə saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib.

Xeberler.az məlumat verir ki, avqustun 7-də az24saat.org saytının bloklanması ilə bağlı məhkəməyə müraciət edən və dərhal bloklanması barədə qərar verilməsinə nail olan nazirlik, ardınca Arqument.az, Xural.com saytlarının bağlanması ilə bağlı məhkəməyə müraciət edib.

Belə ki, Xural.com saytının baş redaktoru Əvəz Zeynallı dünən axşam Facebook-da: “Səhər saat 14.00-da Səbail Rayon Məhkəməsində məhkəmə varmış. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizi məhkəməyə veribmiş. Təfərrüatlar haqqında heç bir məlumatım yoxdur. Sabah biləcəyik” – deyə yazıb.

O qeyd edib ki, nazirlikdən ona heç bir xəbərdarlıq daxil olmadığı halda, məhkəmədən bildiriş gəlib. "Hüquqlarımızı vəkil Elçin Sadıqov müdafiə edəcək" – deyə baş redactor vurğulayıb.

Kanal13 televiziyasının aparıcısı İsmayıl İslamoğlu da bildirib ki, onu sabah Səbail Rayon Məhkəməsinə dəvət ediblər. O ehtimal edir ki, məhkəmə çağırışı saytın bloklanması ilə bağlıdır.

Xeberler.az 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.