Daha bir qurum Data Mərkəzin xidmətindən istifadə edəcək

15-05-2017 / 16:33

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən AzInTelecom  Bakı Abadlıq Xidməti ilə əməkdaşlığa başlayır.

Bu barədə Xeberler.az-a nazirlikdən məlumat verilib.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, AzInTelecom-un TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində təqdim etdiyi  bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həlləri sayəsində  Bakı Abadlıq Xidməti MMC əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək.

Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaqdır.

Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn  İaaS xidmətləri (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, backup və digər) çoxsaylı yerli və xarici şirkətləri Data Mərkəzinin imkanlarından istifadə etməyə sövq edir.

İş prinsipi müasir texnologiyalardan istifadə və biznesdə etibarlılıq olan Bakı Abadlıq Xidməti-nin də öz məlumatlarını Data Mərkəzində yerləşdirilməsi İaaS həllərinin üstünlüklərinə daha bir misaldır.

Məlumat üçün bildirək ki, Bakı Abadlıq Xidməti məsləhətlərin verilməsi və üçölçülü kompüter proqramlarından istifadə etməklə layihələrin hazırlanmasından obyektin hazır şəkildə təhvil verilməsinədək, sahənin tikintisi, abadlaşdırılması, yaşıllaşdırılması və qulluq edilməsi üzrə kompleks həllər təklif edir.  

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.