Daha iki internet provayder ExpressPay-ə qoşulub

28-08-2015 / 12:47

ExpressPay ödəniş terminallarına SuperOnline və Uninet/Stream internet provayderləri üzrə ödəmələr əlavə olunub.

Bankdan Xeberler.az-a verilən məlumata görə, artıq müştərilər internet ödənişini ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər.

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

ExpressPay ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə Qaynar xətt xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya "WhatsApp" vasitəsilə mesaj yaza bilərlər.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.