Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015 / 11:55

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində Azərbaycan Hökuməti ilə Dünya Bankının həyata keçirdiyi “Azərbaycanda Daşınmaz Əmlakın Qeydiyyatı (DƏQ) Layihəsi”nin başa çatması ilə bağlı fəaliyyəti dövründə görülmüş işlərə dair yekun ictimai təqdimat keçiriləcək.

Komitədən Xeberler.az-a verilən məlumata görə, tədbir Dünya Bankının dəstəyi ilə həyata keçirilən qeydiyyat sisteminin daha da şəffaflaşdırılması və xidmətlərin müasirləşdirilməsi, bu sahədə informasiya texnologiyaları sistemlərinin tətbiqi, elektron xidmətlərin geniş istifadəyə verilməsi və daşınmaz əmlakların, o cümlədən torpaqların elektron kadastr məlumat bazasının və rəqəmsal xəritələrinin hazırlanması istiqamətində görülən işlərə həsr olunub.

Tədbirdə həmçinin daşınmaz əmlakın qeydiyyatında müasir yanaşmalar və vətəndaş məmnunluğu, layihənin informasiya texnologiyaları sistemi: hədəflər və elektron xidmətlər, DƏQ Layihəsi və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələri, məsələləri mövzusunda müxtəlif təqdimatlar olacaq.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.