“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015 / 15:46

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanın icrası istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq işlər həyata keçirilib.

Xeberler.az bildirir ki, bu barədə bu gün  "Daşınmaz Əmlakın Qeydiyyatı layihə"sinin başa çatması ilə əlaqədər  keçirilən təqdimat mərasimində məlumat verilib.

Qeyd edilib kiAzərbaycan Hökumətinin və Dünya Bankının "Daşınmaz Əmlakın Qeydiyyatı layihə" çərçivəsində xidmətlərin sürətlə elektron müstəviyə keçməsi, qeydiyyat prosedurlarının azaldılması, rahatlıq və operativliyin yüksəlməsi, məmur-vətəndaş təmasının azalması təmin edilib. Bu istiqamətdə daşınmaz əmlakın qeydiyyatında elektron və onlayn xidmətlərin istifadəyə verilməsi layihənin ən mühüm uğurlarından hesab olunur.

Məlumata görə, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron və 3 onlayn xidmət istifadəyə verilib. Onlayn xidmətlərin tətbiqi ilə qeydiyyat prosedurları 4-dən 1-ə endirilib. Yeni onlayn xidmətlər yüklülük arayışlarının (Forma-1) onlayn verilməsini, dövlət reyestrində əmlak barədə məlumatların onlayn əldə olunmasını və alqı-satqıdan sonra hüquqi sənədlərin ərazi qeydiyyat idarəsinə onlayn göndərilməsini əhatə edir. Bu o deməkdir ki, birdən-birə 3 hüquqi əməliyyatın icrası elektronlaşıb.

Tədbirdə bildirilib ki, indi vətəndaşlar, hüquqi şəxslər və biznes qurumları daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün qeydiyyat idarələrinə elektron qaydada müraciət etmək imkanlarına malikdirlər. İndiyədək elektrin xidmətlər vasitəsilə 253 mindən çox müraciət daxil olub və qanunvericiliyə uyğun olaraq təmin edilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.