Daşınmaz əmlakın qeydiyyatı zamanı İKT geniş tətbiq olunub

23-09-2015 / 11:51

“Daşınmaz Əmlakın Qeydiyyatı (DƏQ) layihəsi çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyaları və elektron innovasiyalar geniş tətbiq edilib, vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş məlumat bazası yaradılıb”.

Xeberler.az-ın məlumatına görə, bu fikirləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bu gün adıçəkilən layihənin fəaliyyəti dövründə görülmüş işlərə dair yekun təqdimatda səsləndirib.

Layihə çərçivəsində görülən işlərdən danışan komitə rəsmisi qeyd edib ki, layihənin ardıcıl və keyfiyyətli icrası nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunub:

“2007-ci ildən etibarən Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış müqaviləyə əsasən icra olunan Daşınmaz Əmlakın Qeydiyyatı layihəsinin başlıca məqsədləri və hədəfləri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı sisteminin müasir standartlar əsasında inkişaf etdirilməsidir. Eyni zamanda, daşınmaz əmlak bazarının inkişafına, dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi üçün münasib sistemlərin qurulmasına şərait yaratmaq, daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin formalaşmasına yardım göstərməkdir. Layihənin ardıcıl və keyfiyyətli icrası nəticəsində qeyd edilən məqsədlərə nail olunub. Layihə çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyaları və elektron innovasiyalar geniş tətbiq edilib, vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş məlumat bazası yaradılıb”.

Qeyd edək ki, tədbir Dünya Bankının dəstəyi ilə həyata keçirilən qeydiyyat sisteminin daha da şəffaflaşdırılması və xidmətlərin müasirləşdirilməsi, bu sahədə informasiya texnologiyaları sistemlərinin tətbiqi, elektron xidmətlərin geniş istifadəyə verilməsi və daşınmaz əmlakların, o cümlədən torpaqların elektron kadastr məlumat bazasının və rəqəmsal xəritələrinin hazırlanması istiqamətində görülən işlərə həsr olunub.

Tədbirdə həmçinin daşınmaz əmlakın qeydiyyatında müasir yanaşmalar və vətəndaş məmnunluğu, layihənin informasiya texnologiyaları sistemi: hədəflər və elektron xidmətlər, DƏQ Layihəsi və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələri, məsələləri mövzusunda müxtəlif təqdimatlar olacaq.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə