Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015 / 16:56

“Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) elektron və onlayn xidmətlərlə yanaşı, SMS xidmətləri də vətəndaşların istifadəsinə verilib. 31 elektron xidmətin 3-ü SMS vasitəsilə ilə də fəaliyyət göstərir”.

Xəbərlər.az-ın məlumatına görə, bunu ƏMDK sədrinin müavini Rafiq Cəlilov Əmlak Məsələləri Dövlət Komitəsinin təşəbbüsü ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində “Daşınmaz əmlakla bağlı SMS xidmətləri: rahatlıq və çevikliyin təminatı” mövzusunda ictimai təqdimatda bildirib.

Rafiq Cəlilov qeyd edib ki, bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir.

O, həmçinin xatırladıb ki, vətəndaşlar mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə edə bilirlər.

Hər 3 SMS xidmət, eyni zamanda, komitənin elektron xidmətlər portalında informativ xidmət kimi vətəndaşların istifadəsindədir.

 




ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.