Data Mərkəz istifadəyə tam hazırdır

23-10-2015 / 10:41

"İnformasiya sistemlərinin qlobal məkana inteqrasiyasının genişlənməsi fonunda TİER III  texniki tələblərinə uyğun Data Mərkəzinin qurulması sona çatdırılıb".

Xeberler.az bildirir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, Data Mərkəzin ABŞ-ın UpTime İnstitute təşkilatı tərəfindən sertifikatlaşdırılması təmin edilib.

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) AzİnTelecom MMC tərəfindən inşa edilən DATA Mərkəz Respublikamızda və bütövlükdə Qafqaz regionunda ilk sertifikatlaşdırılmış mərkəz olaraq yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

 

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə