Data Plus istifadəçilərə kompensasiya verəcək

01-11-2017 / 14:05

Bir müddətdir istifadəçilərin Data Plus internet provayderinin xidmətindən istifadəsində çətinliklər yaşanıb. Belə ki, oktyabrın 25-dən 30-nə qədər provderin fəaliyyətində texniki  problemlər olub.

Sosial şəbəkələrdə istifadəçilər bununla bağlı ciddi narazlıqlarını bildirir.

Saytımıza da bu barədə rəsmi müraciətlər daxil olub.

Şirkətdən məsələ ilə bağlı Xeberler.az-a bildirilib ki, bu müddətdə texniki işlər görülməsi , avadanlıqların dəyişdirilməsi ilə bağlı abunəçilərə göstərdiyi xidmətdə (altı gün) dayanmalar müşahidə olunub.

Qeyd edilib ki, bunları nəzərə alaraq Data Plus MMC istifadəçilərə kompensasiya olaraq 15 gün daha sürətli internetdən pulsuz istifadə imkanı yaradacaq.

Şirkətin məlumatında qeyd edilib ki, hazırda məsələ araşdırılır, bu müddət daha da uzadıla bilər.

Data Plus-ın regionlarda olan bəzi istifadəçiləri isə bu hadisədən sonra internet xidmətinin daha da zəiflədiyini bildiriblər.

Şirkət bu məsələyə də aydınlıq gətirib. Belə ki, Data Plus vurğulayıb ki, əksinə hazırda abunəçilərin istifadəsində sürət limiti aradan qaldırılıb. Belə ki, indi onlar daha sürətli internet xidməti alır:

“Bu barədə şikayət edən müştərilərin də problemini araşdırırıq. Məlum olur ki, problem xətlərdədir. Bunun da aradan qaldırılması üçün hazırda rayonlardakı ATS-lərlə əlaqə saxlayıb, problem bildiririk. Yaranan narahatlıq üçün bütün abunəçilərimizdən kollektiv adından üzr istəyirik”.

Xatırladaq ki, bundan öncə əsas internet təchizatçısı olan Delta Telecom borclarla bağlı bu və digər iki provayderin internetini bağlayacağını bildirmişdi.

Məhz bundan sonra bəzi istifadəçilər bu provayderlərin xidmətində problem olduğunu qeyd etmişdi.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə