Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009 / 15:45

Delta Telecom şirkətinin Azərbaycanda təqdim edəcəyi mobil WiMAX üçün tariflər 10 manatdan 100 manata qədər olacaq. Bu haqda Delta Telecom şirkətinin texniki direktoru Rahid Ələkbərli məlumat verib. Onun sözlərinə görə, 1 yanvardan Delta Telecom şirkəti mobil WiMAX texnologiyası bazasında simsiz internet xidmətlərini göstərməyə başlamasını planlaşdırır.

Bu günə kimi istifadəçilər tarif paketləri, sürət və mobil WiMAX avadanlıqları haqqında tam məlumat alacaqlar. O qeyd edib ki, şəbəkənin optimallaşdırılmasına artıq başlanılmışdır və hazırda mobil WiMAX şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılır. Mobil WiMAX xidmətlərinin Bakı və Abşeron yarımadasında göstəriləcəyi planlaşdırılır.

R. Ələkbərlinin fikrinə əsasən, mobil WiMAX şəbəkəsinin ölkə regionlarına çıxarılması da gündəmdə duran əsas məsələlərdəndir. Delta Telecom şirkətinin nümayəndəsi şəbəkənin ilkin istismar mərhələsində müəyyən problemlərin ola biləcəyini də istisna etməyib. R. Ələkbərli qeyd edib ki, bu, layihənin ilk mərhələsidir. Növbəti mərhələlərdə, 2010-cu ilin ikinci rübündən Delta Telecom internet xidmətlərindən başqa digər xidmətləri də göstərməyi planlaşdırır.

R.Ələkbərli xəbər verib ki, Delta Telecom bu xidməti təqdim etməklə digər provayderlərin işinə zərbə vurmaq məqsədini güdmür. Əksinə, hazırda Delta Telecom şirkəti mobil WiMAX xidmətlərinin onların vasitəsi ilə də həyata keçirmək imkanlarını internet-provayderlərlə müzakirə edir. Bundan əlavə, mobil WiMAX şəbəkəsi internet provayderlərin regionlara çıxışına imkan yaradacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə