Delta Telecom Türkmənistanla əməkdaşlığını genişləndirir

01-09-2015 / 14:54

Azərbaycanın Delta Telecom şirkəti Türkmənistanla əməkdaşlığını genişləndirmək niyyətindədir.

 Xeberler.az AZƏRTAC-a istinadən məlumat verir ki, şirkətin baş direktoru Ramazan Vəliyev yaxın zamanda Türkmənistana əlavə 10 GB beynəlxalq internet trafiki ayrılmasının nəzərdə tutulduğunu bildirib.

"Bu, EPEG-in (Avropa-Yaxın Şərq İnformasiya Magistralı) İran seqmentinin tam gücü ilə işləməyə başlamasından sonra mümkün olacaq. Bu gün biz artıq Orta Asiya ölkələri, İran və İraqla internet trafikinin tranziti istiqamətində əməkdaşlıq edirik və gələcəkdə də bu sahədə işlərimiz davam edəcək", - deyə R.Vəliyev bildirib.

Qeyd edək ki, hazırda EPEG-in İran seqmentinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Yaxın 6-7 ay ərzində tələb olunan avadanlıqlar alınacaq, kabel magistralının bu seqmenti yenilənərək tam gücü ilə işləməyə başlayacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə