Dəmir Yolları Siemens şirkəti ilə əlaqələri möhkəmləndirir

21-07-2016 / 10:09

İyulun 20-də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində (QSC) Almaniyanın Siemens şirkətinin magistral nəqliyyat və satış üzrə rəhbəri Vilyam Vilsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Xeberler.az-a  Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verib.

Görüşdə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan Dəmir Yolları ilə Siemens şirkəti arasında əlaqələrin dərin kökləri var. Hələ 2001-203-cü illərdə bu şirkət Bakı-Böyük Kəsik arasında fibro-optik rabitə sisteminin çəkilməsini həyata keçirib. Bu əlaqələr indi də davam edir.
Görüşdə Azərbaycan Dəmir Yolları ilə tanışlıq, strateji əməkdaşlıq imkanları müzakirə olunub.

Almaniyanın Siemens şirkətinin magistral nəqliyyat və satış üzrə rəhbəri Vilyam Vilson Azərbaycan Dəmir Yolunun beynəlxalq və regional nəqliyyat layihələrində aktiv iştirakından, aparılan islahatlardan məmnun qaldığını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Sonra Almaniyanın Siemens və AZƏRSİS-Bakı şirkətləri, SİS-Minsk şirkətlər qrupunun təşəbbüsü ilə, Azərbaycan Dəmir Yolları QSC üçün birgünlük seminar keçirilib.

Seminarın əsas məqsədi mərkəzləşdirmə və bloklama sistemləri sahəsində layihələrin reallışdırılması, həmçinin kooperasiya imkanları məsələləri ilə tanışlıq idi.

Qeyd edək ki, Siemens şirkəti dəmir yolu nəqliyyatı üçün lokomotiv, elektrikləşdirmə, həmçinin mərkəzləşdirmə və bloklama sistemlərinin istehsalı üzrə dünya lideridir. SİS-Mİnsk şirkətlər qrupu nəqliyyat sistemləri, elektrik enerjisi, avtomatlaşdırma və telekommunikasiya sahəsində MDB məkanında fəaliyyət göstərən iri sistem inteqratorudur.

Seminarın gedişində Mərkəzləşdirmə və bloklama sistemlərinin reallaşdırılması sahəsində mövcud imkanlarımız və ümumi konsepsiya, Layihələndirmə və birgə fəaliyyət, İxrac proqramında iştirak məsələləri müzakirə olunub.

Seminarın proqramı çərçivəsində rəhbər işçilər arasında danışıqlar aparılıb, texniki mütəxəssislərin təqdimatına baxış keçirilib, həmçinin dəyirmi masalar təşkil olunub.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.