Dəmir Yolunda onlayn bilet satışı bərpa olundu

29-01-2016 / 14:53

Məlumat verdiyimiz kimi,  uzun müddətdir ki, Azərbaycan Dəmir Yolları  Qapalı Səhmdar Cəmiyyətinin rəsmi saytından onlayn bilet almaq mümkün deyildi.

Qurumdan Xeberler.az-a bildirilmişdi ki, onlayn satış bileti ilə əlaqədar problem yeni tərtib olunan proqramla bağlıdır.

Belə ki, hazırlanmaqda olan yeni proqramın tətbiqi ilə bağlı 2015-ci il dekabrın 9-dək biletlərin onlayn qaydada satışı dayandırılmışdı.

Bilet kassalarında  avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilib.

Qurumdan Xeberler.az-a verilən məlumata görə, bu gün ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin internet şəbəkəsi vasitəsilə yeni onlayn satış sistemi istifadəyə verilib.

Belə ki,  bu sistemlə sərnişin kassasına yaxınlaşmadan, www.ady.az saytının «Online bilet» bölməsinə daxil olmaqla,  onlayn  rejimi ilə istənilən qatara gediş sənədi (bilet) almaq üçün sifariş edib, plastik kart vasitəsilə gediş dəyərini ödəyəcək.

Onlayn rejimi ilə gediş sənədi (bilet) üçün sifarişlər qatarın hərəkətə başlamasına 3 saat qalanadək aparılacaq.  Qeyd olunanları nəzərə alaraq, anlaşılmazlıq olmasın deyə www.ady.az  internet saytında sifarişlərin sənədləşməsi və gediş sənədlərinin alınması qaydaları ilə tanış olmaq və vaxtında sifarişi biletlə əvəzləndirmək lazımdır.

Bu rejimdə qatar, gediş tarixi, təyinat stansiyası barədə məlumatların daxil edilməsinə istifadəçi məsuliyyət daşıyır.

Vətəndaş qatarın yola düşməsinə 1 saat qalanadək sifarişini və ya şəxsiyyətini təsdiq edən sənədi bilet kassasına təqdim etməklə gediş üçün bilet alacaq

Qatarlara minik gediş sənədi (bilet) və gediş sənədində (biletdə) qeyd edilən məlumatları təsdiq edən sənəd, yəni şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.