DəmirBank plastik kartlar üzrə əlavə xidmətlər təklif edir

12-10-2015 / 10:57

DəmirBank müştərilərinə təqdim etdiyi plastik kartlar üzrə (VİSA Electron, VİSA Classic, MasterCard Standard, VİSA Gold, VİSA Platinum və s.) üstünlüklərdən faydalanmağı təklif edir.

Bankdan Xeberler.az-a bildirilib ki, DəmirBank-ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində 50 milyondan çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişini həyata keçirmək mümkündür. Müştəri istədiyi zaman isə bankomat və bank ofisləri vasitəsilə kartdan vəsaiti nağd şəklində çıxara, eyni zamanda, rabitə və kommunal xidmətlərin kartla ödənişini həyata keçirə bilər.

Bununla yanaşı, DəmirBank müştərilərinə plastik kartlar üzrə əlavə imkanlar və xidmətlər də təklif edir. Həmin imkanlardan biri 38 günlük faizsiz kredit xəttidir ki, müştəri bu imkandan yararlanaraq kartla 38 günədək faizsiz müddət ilə kredit xətti almaq imkanı əldə edir. Kartla kredit xətti əsasən bir il müddətinə açılır.

Bankın SMS-Bank xidməti isə müştərilərə kart hesablarına mobil telefonları vasitəsilə nəzarət etmək imkanı yaradır. Müştəri plastik kartı ilə aparılan hər əməliyyat zamanı avtomatik olaraq dərhal SMS bildirişi alır. Bu isə kart itirildiyi və digər hallarda təhlükəsizlik baxımından çox vacibdir. Müştərilərə təqdim edilən digər əhəmiyyətli xidmətlər sırasına Card to Card xidməti də daxildir. Bu xidmət bankın müştərilərinə bankomatlardan istifadə edərək pul vəsaitlərini bir kartdan digərinə tez və rahat köçürmək imkanı verir. Card to Card xidməti kredit xəttinin ödənişi üçün də əlverişlidir. Köçürmə etmək üçün müştəri kartın nömrəsini və istifadə müddətini bilməlidir. Pul köçürmələrində isə VİSA plastik kart sahibləri Cash by code xidmətindən yararlana bilərlər ki, bu da müştərilərə 5 manatdan 500 manatadək pul göndərmək imkanı verir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə