Dəmiryol qatarında WiFi internet

19-12-2008 / 14:34

  Yaponiyanın sürətli dəmiryolu qatarlarında sərnişinlərə təqdim olunan xidmətlər paketinə yeni servis əlavə olunub – WiFi texnologiyası üzrə internetə çıxış. Yaponiyanın iri telekommunikasiya şirkəti NTT Communications yaxın gələcəkdə saatda 270 kilometr sürəti ilə hərəkət edən N700 qatarlarının sərnişinlərinə bütün yol boyu qlobal şəbəkəyə çıxış xidməti təqdim edəcək.
  Qeyd edək ki, bundan əvvəl HotSpot internet servisi yalnız mağazalarda, restoranlarda, mehmanxanalarda və digər hərəkət etməyən obyektlərdə təqdim olunurdu. İndi isə şirkət saatda 250 kilometr sürəti ilə hərəkət zamanı internet rabitənin imkanlarını sınamaq niyyətindədir. Birləşmənin sürəti isə saniyədə 2 meqabaytadək təşkil edəcək.
  WiFi-siqnallar sərnişinlərin noutbuk və cib qurğularından qatarda quraşdırılmış xüsusi qoşulma məntəqəsinə ötürüləcək, buradan isə yol boyu quraşdırılmış 17 müxtəlif stasionar ötürücüyə məlumatlar yayımlanacaq.
  Xidmətin artıq qiyməti də məlumdur. Belə ki, birdəfəlik qoşulma haqqı 500 yen (5.73 ABŞ dolları) təşkil edir. Daim qatardan istifadə edənlər üçün isə 1600 yenə (19,25 dollar) bir aylıq abunə paketi təqdim olunur.http://www.cybersecurity.ru/

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə